İranın Təbrizdən olan keşmiş baş naziri və bundan əvvəl prezidentliyə namizəd Mir Hüseyn Musəvi Məsud Pezeşkiana dəstək verməyə hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə keçmiş azərbaycanlı millət vəkili, siyasi fəal Əkbər Ələmi özünün X hesabında paylaşım edib.
“Çox güman ki, əziz qardaşım, hazırda həyat yoldaşı Zəhra Rəhnəvərd ilə birlikdə ev dustaqlığında olan cənab Mir Hüseyn Musəvi bəzi mülahizələri nəzərə alaraq, yaxın bir neçə saat ərzində Məsud Pezeşkiana dəstək verəcək və ölkədə hazırkı vəziyyətin davam etdirilməsinə yox deyəcək”,- Ələmi bildirib.
Qeyd edək ki, Mir Hüseyn Musəvi 2009-cu ildə keçirilən prezident seçkilərində qalib gəlsə də, Xameneinin iradəsi ilə Mahmud Əhmədinejad prezident təyin olunub.
Təbrizli siyasətçi, nəticələrin saxtalaşdırılmasına və Əli Xameneinin Mahmud Əhmədinejadı prezident elan etməsinə qarşı xalqı nümayişə çağırıb. Genişmiqyaslı etiraz mitinqlərindən sonra Mir Hüseyn Musəvi ev həbsinə məhkum edilib və hazırda da ev dustağıdır.
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...