Ağdərədə su anbarı tikiləcək

16:58 - 2 İyul 2024 - GÜNDƏM

 Ağdərədə su anbarı tikiləcək

Təsdiq olunmuş köç planına əsasən Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlu kəndinə bu il ərzində ümumilikdə 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub.

Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirmişdi.

Bəs, bu ərazilərə köçəcək vətəndaşların içməli su ilə təminatı necə olacaq?

BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, ərazilərə köçəcək əhalinin içməli su ilə təminatında heç bir problem olmayacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Manaf Ağayev bu dairədən deputat olacaq

"Xocalı şəhərinin içməli su təminatında heç bir problem yoxdur. Əlavə subartezian quyusu qazılıb və əlavə olaraq Badara çayından 2.6 km məsafədə magistral su xətti çəkilib. Kərkicahan qəsəbəsinin də heç bir problemi yoxdur. Şəbəkənin qurulması Bakı Abadlıq Xidməti tərəfindən aparılır. Su mənbəyi və anbarı mövcuddur. Malıbəyli kəndində də içməli su ilə bağlı problem yoxdur.

Ağdərə rayonunun Umudlu kəndində də su mənbəyi var. Magistral su kəmərinin və anbarın tikintisi planlaşdırılır. Əhali köçənə qədər bu işlər tamamlanacaq. Qayıdış Planına əsasən ərazidə su problemi olmayacaq", - deyə qurumdan məlumat verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol