Mənzil bazarında qiymətlərdə kəskin artım müşahidə olunur.
BUTA.TV-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ötən il 100 000 manata köhnə tikilidən satılan mənzil indi 109 000 manata, yeni tikilidən 100 000 manatlıq mənzil isə indi 112 000 manata təklif edilir. Qiymət artımı yeni tikililərdə bir otaqlı, köhnə tikililərdə isə iki-üçotaqlı mənzillərində daha çoxdur.
Vüqar Oruc qeyd edib ki, mənzil bazarında qiymətlər artan tendensiya ilə formalaşıb və bu ənənə illərdir davam edir. Qiymətlərin artma səbəbi isə hər dövr üçün müxtəlifdir. Buraya tikinti materiallarının qiyməti, bazara marağın artması və digər amillər təsir edir.
V.Orucun sözlərinə görə, ilkin və təkrar satışa çıxarılmış mənzil bazarında müşahidə olunan artım hələ davam edəcək. Buna səbəb isə daşınmaz əmlakın investisiya cazibədarlığının yüksəlməsi faktorudur.
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Pensiya alanlara müjdə: ödəniş arta bilər - Vacib detal
- Aqrar sahə neft-qazdan sonra iqtisadiyyatın əsas dayağı olmalıdır
- Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
- Ermənistana 7 vaqon buğda göndəriləcək
- AZAL "Great Place to Work" sertifikatı ilə təltif olundu
- “Avropa Şurasından tam çıxsaq, bəlkə də bundan daha yaxşı olacaq”
- Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərləndi
- “Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır”