Belarus sərhədçilərinə Polşa ilə sərhədi qanunsuz miqrantlardan qorumaq barədə əmr verməyəcəyəm.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Sanksiyalara qədər biz Qərblə o qədər ciddi şəkildə əməkdaşlıq edirdik ki, readmissiya haqqında saziş imzaladıq. Əməkdaşlıq edirdik, sonra onlar imtina etdilər. Onları (miqrantlar) burada “ovlamayacağıq”. Bizim işimiz xalqımızın təhlükəsizliyini təmin etməkdir.
Mən sərhədçilərə, hərbçilərə və mülki şəxslərə Belarus və Polşa sərhədində Avropa Birliyini müdafiə etmək üçün əmr vermək niyyətində deyiləm. Boğazımıza ilgək (sanksiyalar - red.) salırsınız və hələ bizi sizi bu məzlumlardan qorumağa məcbur edirsiniz”, - Lukaşenko bildirib.
- Bu ərazilərdə işıq olmayacaq
- IV Şuşa Qlobal Media Forumu başlayır
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu