Təbriz, Urmiya, Ərdəbil və başqa şəhərlərdə xalqımızın şənlik mərasimləri keçirməsi Pezeşkianın ciddi şəkildə dəstəkləndiyi və onun timsalında azərbaycanlıların problemlərinin həllinə ümid etdiyi barədə iddialarımızı təsdiqləyir.
Bu sözləri BUTA.TV-a Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının (CAMAH) rəhbəri Piruz Dilənçi deyib.
CAMAH rəhbəri Pezeşkianın prezident seçilməsinin bölgə üçün də müsbət dəyişikliklərə səbəb olacağını bildirib:
“İran dövlətinə qarşı 40 il mübarizədən sonra Pezeşkianı Azərbaycan türklərinin seçimi kimi təbrik etməli olmuşuq. Gördüyünüz kimi, turun nəticələrindən fərqli bir nəticə ilə Pezeşkianın prezident seçilməsinin şahidi olduq. Bölgəmizdə yaranmış təhlükəli vəziyyət bizi Orta Şərq, islam və Azərbaycan xatirinə, İran rejiminə legitimlik qazandırmaq bahasına onu dəstəkləməyə sövq etdi. Pezeşkianın seçilməsi ilə İranın Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşacağına şübhə etmirik. Ancaq əsas məsələ azərbaycanlıların milli-mədəni problemlərinin həlli, konstitusiyanın 15-ci maddəsinin icrası və həbsdə olan günahsız milli fəalların azadlığa buraxılmasıdır. Bunları həyata keçirəcəyinə ümid edirik".
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı