Şiddətli ağrılar zamanı insanlar əlacsız qalaraq çıxış yolunu ağrıkəsicilərdə görürlər.
Bəziləri hətta bunu vərdişə çevirirlər. Bəs müvəqqəti olaraq ağrını hiss etdirməyən bu preparatların insan orqanizminə zərəri varmı?
Həkim Abbas Bağırov bildirib ki, uzun müddət ağrıkəsicilərdən istifadə nəticəsində mədə-bağırsaq qanaxmaları, böyrək, qaraciyər çatışmazlığı kimi hallar ortaya çıxır:
"Bunlar da öz növbəsində ölümcül vəziyyətə gətirib çıxara bilər. Eyni zamanda ağrıkəsicilərin uzun müddət istifadəsi qan yaranma sisteminə mənfi təsir göstərməklə qanın trombositlərinin miqdarını aşağı salır, laxtalanma sisteminin funksiyasını pozur və daxili qanaxmaya səbəb ola bilir".
Ətraflı Baku TV-nin süjetində:
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı