Günvurma insanlarda ürək və beyin zədələnməsinə səbəb ola bilər.
BUTA.TV xəbər verir ki, mövzu ilə bağlı Mersin Universitetinin professoru Seyran Bozqurd araşdırma edib.
Professorun sözlərinə görə, bədəndə hərarət artmağa başlayanda zərər verir:
“Bu, beyin toxuması, ürək, qaraciyər, böyrək kimi bir çox sistemin pozulmasına səbəb olur. İsti havalarda çölə çıxarkən qoruyucu tədbirlərin görülməsi vacibdir. Son günlər günvurma nəticəsində yaranan xəstəliklər səbəbindən xəstəxanaların təcili yardım şöbələrinə müraciətlər artıb. Günvurma qalıcı xəstəliklərin əlamətlərini artıra bilər. Həddindən artıq isti və rütubətli mühitə məruz qaldıqda bədəndə balans pozulur. Bədəndə hərarət artdıqda zərər verir. Bu da ağırlaşmaya səbəb olur. Risk qrupunda olan insanlar nazik, pambıq paltar və günlük geyinməlidir. Uşaqlar, yaşlılar, xroniki və dəri xəstəlikləri olanlar risk qrupundadırlar. Müəyyən risk faktoru olan insanlar isti havada çölə çıxmamalıdırlar. Əgər çölə çıxmaq məcburiyyətində olsalar, qoruyucu tədbirlər görməlidirlər. Maye qəbulunda çox diqqətli olmaq lazımdır”.
S.Bozqurd bildirib ki, Günəşin təsirinin ən yüksək olunduğu saatlarda dənizdə çimmək olmaz:
“Dəniz suyu duzlu olduğu üçün maye itkisini artırır. Ona görə də Günəşin olmadığı saatları seçmək münasibdir. Orqanizmi isti havaya uyğunlaşdırmaq lazımdır. Çöldə olduğumuz anlarda qəflətən bədənin tarazlıq mexanizmi qarışa bilər, burada vacib məqam ondan ibarətdir ki, uyğunlaşmaya alışmaq lazımdır".
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident