Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib.
BUTA.TV Ölkə.az-a istinadla xəbər verir ki, 52 yaşlı Elşən Nadir oğlu Əhmədov Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub.
O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölümü xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə yan alıb. E.Əhmədov Azərbaycana qayıtmaq məqsədi ilə göyərtəni tərk edib. Atasının yasında iştirak üçün vətənə gəlməyə hazırlaşan kapitanın vəziyyəti qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
E.Əhmədovun meyiti hazırda Litvada morqdadır. Onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
“Tvente” ilə başlayan avrokubok macərası “Tvente”də dayandı - Video-Yenilənib
Qeyd edək ki, mərhum Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayırdı.
- Bu gecə dualarımız qəbul olmadı… - Fotolar
- Dağıdıcı qasırğa sürətlə qərbə doğru hərəkət edir
- İran rəsmiləri ilə görüşmək istəmirik - Tramp
- Polşa nüvə silahlarını istəmir - Zalevksi
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü
- Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər