Amerikalıların Cənubi Qafqazda peyda olması regionda qalan münaqişə potensialını gücləndirəcək və yeni ayırıcı xətlər yaradacaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-ABŞ birgə hərbi təlimlərinə münasibət bildirərkən deyib.
“Bu təlimlər təəssüfdən başqa heç nəyə səbəb olmur. Bu təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı açıq şəkildə mənfi bəyanatları fonunda keçiriləcək. Qərb ölkələri sülhlə bağlı hədəflərinin olduğunu bəyan etsə də, onlar üçün əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır”, - o vurğulayıb.
Onun sözlərinə görə, Qərb bütün gücü ilə İrəvanı regionda və onun ətrafında müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir: “Bunlar ilk növbədə Rusiya və İrana qarşı yönəlib”.
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı
- MN həftəlik icmalını təqdim etdi - Video
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi