Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Zirə”nin Bakıda “Şerif”ə qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Klubun mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, iyulun 18-də “Dalğa Arena”da baş tutacaq “Zirə” - “Şerif” matçını qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
Baş hakim Bulat Sariyevə yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Aydın Tasıbayev yerinə yetirəcək.
Qeyd edək ki, Moldovada oynanılan ilk görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Azərbaycanda qırıcı sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes
- Ən uğurlu insanlar bu tarixlərdə doğulur
- Tikini bazarında vəziyyət: Bu məhsullar ucuzlaşdı
- Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!
- Türkləri hədəf alırlar, amma Türkiyə onlara görə Bakıya qarşı…
- Bakı Limanı ilə Quandun limanları arasında əməkdaşlıq müzakirəsi
- Nikol və Anna Zəngəzurda: Sisiyana helikopterlə uçdular - Video
- Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…