İngiltərə millisinin azarkeşləri Avro-2024-ün finalında baş tutacaq İspaniya ilə oyun ərəfəsində Berlinin mərkəzində qəza törətdilər.
BUTA.TV TASS-a istinadən xəbər verir ki, sərxoş azarkeşlər əyləndikləri barın yanında eksponat kimi dayanan köhnə alman avtomobilini itələyərək yolun kənarına yuvarlayıblar.
Azarkeşlərin hərəkəti nəticəsində başqa bir avtomobillə toqquşma baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, Berlindəki Olimpiya stadionunda keçiriləcək İspaniya - İngiltərə qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür