Rusiya “Madyar”ın başına 20 milyon dollar mükafat qoydu
Foto
Rusiya Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert "Madyar" Brovdinin olduğu yer barədə məlumat üçün 20 milyon dollar mükafat təklif edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Nəşrin məlumatına görə, mükafat barədə məlumat postsovet ölkələrindəki cinayətkar şəbəkələr vasitəsilə yayılır.
Bildirilib ki, Brovdi hazırda gizli bunkerdə yerləşir. Onunla müsahibə almaq istəyən jurnalisti şüşələri tam qara olan maşınla aparıblar, telefonunu isə izlənilməməsi üçün xüsusi çantaya qoyublar.
70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı