İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması hallarının müəyyənləşdirilməsi məqsədilə bu parametrləri ölçən texniki vasitələrin ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması üçün işləri aparılır
BUTA.TV Oxu.az-a istinadın xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
O bildirib ki, bu sahədə mövcud qanunvericiliyə dəyişiklik edilərək normativ aktlar müasir dövrün tələblərinə uyğunlaşdırılıb:
"Belə ki, qanunvericiliyə edilən dəyişikliklər inzibati xəta hadisəsi elektron tərəzilər, foto və ya videoqeydiyyatçı funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydalarını ehtiva edir. Tətbiq edilən yeniliklər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələrin artırılmasını deyil, böyük vəsaitlər hesabına inşa edilən avtomobil yollarının qorunması ilə yanaşı, həmçinin vətəndaş-məmur münasibətləri zamanı mümkün sui-istifadə hallarının qarşısını almaq və bu münasibətləri elektron münasibətlərə çevirməkdir. Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübəyə istinad edilib. Hazırda ölkənin avtomobil yollarında 31 yerdə 51 ədəd elektron tərəzinin quraşdırılması nəzərdə tutulub".
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir
- Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...
- Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb
- Ölkədə bu qurumlar birləşdirildi
- Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu