İsrail hərbçiləri bu səhər İordan çayının qərb sahilinin Xevron şəhəri yaxınlığında üç İsrail polisinin öldürüldüyü avtomobilə hücumda iştirak edən fələstinli radikalı zərərsizləşdirib.
BUTA.TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri Xevronda reyd keçirib, orada şübhəlinin yerləşdiyi evi mühasirəyə alıb, sonra isə atışma zamanı onu məhv ediblər. Axtarış zamanı onun üzərindən “M-16” markalı tüfəng aşkar edilib.
“Öldürülən şəxs Xevron yaxınlığında yerləşən Fələstinin İdna kəndindən olan 31 yaşlı Məhəmməd əl-Asud olub, o, Fələstin FƏTH hərəkatı ilə əlaqəli olub və əvvəllər Fələstin Prezident Qvardiyasında və Fələstin təhlükəsizlik xidmətlərində çalışıb”, – məlumatda diqqətə çatdırılıb.
- Prezident fərman imzaladı
- Arzum üçün imza toplanır - Foto
- “Uşaqlar izləsə, görəcəklər ki, 80% telefonla məşğuldur”
- Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
- AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurdu
- 18-i ərini, 2-si isə xanımını təmsil etdi - Fotolar
- Tramp niyə Anıtqəbiri ziyarət etmədi? - Engin Özər
- FHN su basmış əraziləri belə təmizləyir - Vide