Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə Milli Məclisdə yer alacaq partiyaların sayı məlum olub.
BUTA.TV xəbər verir ki, parlamentdə ən çox yerə 68 mandatla YAP sahib çıxıb.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 3, Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD) 2, Böyük Quruluş Partiyası (BQP) 1, REAL 1, Milli Cəbhə Partiyası (MCP) 1, Bütöv Azərbaycan Partiyası (BAP) 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası (AMDP) 1, Ana Vətən Partiyası 1, Demokratik İslahatlar Partiyası (DİP) 1 nəfərlə təmsil olunacaq.
45 nəfər isə bitərəf namizəd öz dairələrində qalib gəliblər.
Beləliklə, Milli Məclisdə “ana müxalifət” partiyası yenə də VHP olacaq.
- Dikin Azərbaycanda missiyası başa çatdı: Unudulmaz 6 il...
- Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu
- Azərbaycan-Gürcüstan sərhədində problem?.. - Tiflisdən açıqlama
- Nazir Sahil Həmidova yeni vəzifə verdi
- Dünya daha da parçalanıb, tərəqqi isə azalıb - Qafarova
- Szinpinlə Əliyevin razılaşması buna təkan verəcək - Çjun
- Şahin Mustafayev İran səfiri ilə görüşdü
- Qovlar şəhərinin Baş planı təsdiqləndi