İyulun 4-də Qaradağ rayonunda ölümlə nəticələnən hadisə baş verib.
“BUTA.TV”nun məlumatına görə, Qobustan qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu vurub.
Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.
Hadisə şahidlərinin və ölən şəxsin yaxınlarının sözlərinə görə, Asif Nağıyev və Azər Şahmuradov arasında ədavət bir müddət imiş davam edirmiş.
Onlar arasında qısqanclıq zəminində münaqişənin olduğu iddia edilir.
Hadisənin necə baş verməsinə dair anbaan görüntülər mövcud olsa da, həssaslığı nəzərə alaraq həmin kadrları nümayiş etdirmirik.
- Biri sevincdən, digəri kədərdən... - Fotolar
- Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli qətl
- Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Video
- Həmişə rekord qırırdı, indi əksi oldu - Video
- Messi “davam” dedi... - Yenilənib+Video
- DTX Akademiyasında növbəti məzun buraxılışı oldu - Video
- Özbəkistan Azərbaycanla birgə donanma yaratmağı planlaşdırır
- Daha 30 ukraynalı uşaq ölkəmizə gətirildi