20 sentyabr 2024-cü ildə ADA Universitetində “Startup World Cup” yarışması təşkil olunacaq. Ölkəmizdə innovasiyalar ekosisteminin inkişafına dəstək verən ABB də tədbirin əsas tərəfdaşlarındandır. Dünyanın ən prestijli qlobal startap yarışmalarından sayılan “Startup World Cup”-ın təşkilatçıları “Technovate Investments” və “Pegasus Tech Ventures” şirkətləridir.
“Startup World Cup” dünyanın ən yaxşı startaplarını bir araya gətirir. Onların qlobal miqyasda tanınmasına imkan yaradır. Bu baxımdan, sözügedən yarışma gənc sahibkarları və onların innovativ ideyalarını dəstəkləyən unikal platformadır.
Ölkəmizdə belə qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi Azərbaycanın startap ekosisteminin inkişafına, bu sahədə faydalı təcrübələrin formalaşmasına, gənc sahibkarlarımızın beynəlxalq arenada tanınmasına xidmət edir.
“Startup World Cup” tədbirinə tərəfdaşlıq dəstəyi ilə ABB yeni imkanların axtarışında olan gənc sahibkarların yanında olduğunu, onların inkişafına hərtərəfli dəstəyini bir daha nümayiş etdirir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?