Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 45 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, 22 saylı Şıxmahmud seçki dairəsindən Üzeyir Məmmədov 68,86 faiz səslə öndədir. O, 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan kapitan Toğrul Məmmədovun qardaşıdır.
Qeyd edək ki, şəhid zabit Toğrul Məmmədov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
- Sabah 37 dərəcə isti olacaq
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video
- Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
- Çinə getmək istəyənlərə şad xəbər
- Samuxdakı qəzada həlak olanların - Fotoları
- Böyük Britaniya “Zəngəzur”u sanksiyadan çıxardı - Foto
- SOCAR-ın maşını "Lukoil" məntəqəsinə çırpıldı - Video
- Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır - Ali Məhkəmə