Azərbaycanda parlament seçkiləri qanunlara tam uyğun keçirilib, azad, demokratik, ədalətli və rəqabətli olub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Sergey Markov Bakıda keçirilən mətbuat konfransında deyib.
Onun fikrincə, seçkilər Azərbaycan xalqının iradəsini tam əks etdirib.
"Biz 15 seçki məntəqəsində olduq. Müşahidələrin nəticələrinə əsasən deyə bilərik ki, seçkilər azad və demokratik idi " - o bildirdi.
O, bu seçkilərin bütün Azərbaycan ərazisində keçirildiyinə görə tarixi olduğunu vurğulayıb.
"Mən ölkəni bu böyük geosiyasi qələbə münasibətilə təbrik edirəm", - o əlavə edib.
Markov həmçinin qeyd edib ki, müşahidəçilərin gələcək üçün bir neçə tövsiyəsi var - seçki məntəqələrində bütün namizədlər haqqında plakatların mövcudluğunu ciddi şəkildə izləmək, yerli müşahidəçilər üçün daha çox təlim keçirmək.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?