“Mənim oğlum qəhrəmandır” layihəsi və “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmovanın Naxçıvan Ali Məclisinə deputat seçilməsi münasibətilə təbrik edib.
BUTA.TV xəbər verir ki, C.Qurbanov Rüstəmovaya gələcək fəaliyyətində uğurlar arzu edib:
“Qəhrəman şəhidimiz Emin Sadiqovun anası Gülşad anamızı Azərbaycan üzrə ən yüksək səsi toplayaraq millət vəkili seçilməyi münasibətilə ailəmin və dostlarımın adından təbrik edirəm. Anamıza uğurlar arzu edirik!”.
Qeyd edək ki, hərbçimiz 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
- AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...
- MİQ imtahanlarının vaxtı açıqlandı
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video
- Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
- Çinə getmək istəyənlərə şad xəbər