Ümid edirəm ki, Milli Məclisə 1 sentyabr seçkilərinin nəticələri Azərbaycanın gələcək inkişafına töhfə verəcək və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinin rəhni olacaq. Təbrik edirəm və yeni çağırış Azərbaycan parlamentinə nailiyyətlər arzu edirəm.
BUTA.TV xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Əfqan Ala bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında münasibətlər Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı kontekstində uğurla inkişaf edir, Türkiyənin Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında sıx əlaqələr, müxtəlif məsələlər üzrə iki aparıcı siyasi qüvvələrin mövqelərinin oxşarlığı qardaş ölkələr arasında fəal qarşılıqlı əlaqələrin davam etdirilməsinin qarantıdır.
“1 sentyabr seçkilərində qazandığı uğur münasibətilə Yeni Azərbaycan Partiyasını təbrik edirəm. Əminəm ki, Azərbaycandan olan qardaşlarımızla yeni əhəmiyyətli nailiyyətlər və daha sıx əməkdaşlığa nail olacağıq”, - deyə Ala bildirib.
Türkiyənin iqtidar partiyasının nümayəndəsi sentyabrın 1-də seçkilərin ilk dəfə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş rayonlarında keçirilməsi faktını da yüksək qiymətləndirib. “Bu seçkilər qardaş Azərbaycanın inkişafında tarixi mərhələ oldu. Ümid edirəm ki, Azərbaycanın Milli Məclisinə seçkilərin nəticələri təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının rifahına xidmət edəcək”, - deyə o qeyd edib.
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?