Kirantsda Azərbaycan sərhədindən bir neçə metr aralıda yerləşən məktəbi ziyarət etməyim heç vaxt olmadığı qədər təhlükəsizdir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Məsuliyyətlə bəyan etmək istəyirəm ki, müstəqil Ermənistanın tarixində Kirantsda məktəbi ziyarət etmək indiki qədər təhlükəsiz olmayıb, Kirantsda yaşamaq heç vaxt indiki qədər təhlükəsiz olmayıb”, - Paşinyan bildirib.
O, əlavə edib ki, Kirantsda məktəbə getməyin təhlükəsiz olması ilə bağlı bəyanat azərbaycanlılar olan Xeyrimli kəndində də məktəbə getməyin təhlükəsiz olması deməkdir.
Bundan əlavə, baş nazir Kirantsdakı delimitasiya prosesini dövlət üçün böyük uğur adlandırıb.
“Dövlətinizin harada başladığını və harada bitdiyini bilməyəndə sual yaranır ki, sizin dövlətiniz var, ya yox. Biz Kirantsda müstəqil, suveren, güclü və sülhsevər Ermənistan dövlətinin təməl daşını qoyduq”, - Paşinyan bildirib.
Qeyd edək ki, sözügedən məktəb Azərbaycan sərhədindən 40-50 metr aralıda yerləşir.
- Dikin Azərbaycanda missiyası başa çatdı: Unudulmaz 6 il...
- Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu
- Azərbaycan-Gürcüstan sərhədində problem?.. - Tiflisdən açıqlama
- Nazir Sahil Həmidova yeni vəzifə verdi
- Dünya daha da parçalanıb, tərəqqi isə azalıb - Qafarova
- Szinpinlə Əliyevin razılaşması buna təkan verəcək - Çjun
- Şahin Mustafayev İran səfiri ilə görüşdü
- Qovlar şəhərinin Baş planı təsdiqləndi