MDB ölkələrinin liderləri Kazanda keçiriləcək BRİKS sammitinə dəvət olunub.
BUTA.TV xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Doqquz üzv ölkədən başqa MDB ölkələrinin rəhbərləri də dəvət olunub. Bu, təbiidir. Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu regional inteqrasiya birliklərinə rəhbərlik edən dövlət başçılarına da dəvətlər göndərilib. Təbii ki, təşkilata üzvlük və ya BRİKS-də bu və ya digər formada əməkdaşlıq üçün müraciət edən bir çox ölkələrin liderləri də dəvət olunub”, - Uşakov bildirib.
Qeyd edək ki, BRİKS-in növbəti sammiti 22-24 oktyabr tarixlərində Kazan şəhərində keçiriləcək.
- İran Zəngəzur dəhlizindən iki məsələyə görə qorxur - “Past”
- Solovyov Qusman və Markova Şuşaya gəldiyi üçün nələr dedi... - Video
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin yeni üzvləri - Adlar
- Vilayətinin Zəngəzur ritorikası: Biz yol veririk, onlar isə... - Politoloq
- Rusiyalı jurnalistlər Bakıya hücum üçün yeni mövzu tapdı
- Emin Araz Ağalarovu "Sea Breeze"də gəzdirdi - Video
- Azərbaycanlılar İranın parçalanmasının qarşısını aldı - Vilayəti
- Mustafayevin məhkəmə işi: Pandemiya vaxtı 13 min sərnişin...