Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Rauf Cəfəroviç Kazımov Gürcüstandan Azərbaycana ekstradisiya edilib.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq həmin şəxs Azərbaycana ekstradisiya edilib.
“Binəqədi rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Kazımov Rauf Cəfəroviçin Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Rauf Kazımov Gürcüstanın ərazisində saxlanılaraq 03.09.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib”, - məlumatda qeyd olunub.
- Bu şəxslər işləmədikləri halda maaş alacaqlar
- Ən çox onun baxışları müzakirə olundu - Fotolar - Video
- Gənclər psixoloqlara üz tutur: “uşaqlıq travması” nədir?
- Azərbaycanda Sİ məktəblərdə tədris olunacaq?
- Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı - Video
- “Yaponiya İslam Respublikası tərəfindən 111 raket buraxılıb” - Video
- İranda hava limanı vuruldu - Ölən var
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...