övqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonu, Bayan kəndində taxıl sahəsindəki avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “MAN” markalı yük avtomobilinin kabinə hissəsində baş vermiş yanğın yük hissəsinə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi və ön təkərləri yanıb.
Avtomobilin qalan hissəsi, yük yerinə yığılmış 25 ton buğda və əkin sahəsi yanğından mühafizə olunub.
- “Slimlux” və başqa arıqlama məhsullarında təhlükəli maddə - Psixikanı poza bilər+Fotolar
- BTQ bu seçkilərin nəticələrinə görə görüş təşkil etdi
- Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar
- Başçının müavini idi, I müavin oldu
- Oğuzda buğda yüklü TIR yandı
- AZAL Qars şəhərinə uçuşlara başlayır
- Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
- Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv olundu