Dəriyə qulluq sağlam və canlı görünüş üçün ilk qaydadır.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, meyvələr bu işdə sizə kömək edə bilər. Mütəxəssislər ənciri xüsusilə qeyd edirlər.
Təzə əncir: Təzə ənciri əzmək və ya dilimləməklə birbaşa dərinizə sürtə bilərsiniz. Bir neçə dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
Əncir maskası: Əzilmiş ənciri qatıq və ya balla qarışdıraraq maska hazırlaya bilərsiniz. Bu maskanı dərinizə çəkin, 15-20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.
Əncir yağı: Əncir yağı dəri baxımında da istifadə edilir. Yağı təmiz pambıqla dərinizə çəkib yumşaq bir şəkildə masaj edə bilərsiniz.
Əncir tərkibindəki yüksək su və təbii şəkər sayəsində dərini nəmləndirir.
Əncirin tərkibində A, C, E vitaminləri, kalium, maqnezium və sink kimi minerallar var. Bu qidalar dərinin sağlamlığını dəstəkləyir və dəri toxumasını yaxşılaşdırmağa kömək edir.
Dərinin elastikliyini artırır.
- Ramiz Mehdiyev izi: SSRİ-ni təbliğ edən ideoloji hücrələr...
- "Alov Qüllələri"nin ətrafında tədqiqat aparılacaq
- Naxçıvanda maarifləndirmə tədbirləri keçirildi - Video
- Baş nazirdən mühüm qərar: Buna görə rüsum tutulacaq
- Pəncəli Teymurovun anası Prezidentə məktub göndərdi
- "Uitkoffgeyt" qalmaqalı: Ağ Evdə Rusiyanın casusu kimdir?
- Bakıya səfər etməyə hazıram - Simonyan
- Samirənin qucaqladığı erməni “dqr” ordusunda xidmət edib