Ukrayna Rusiya ilə münaqişəyə son qoymağa kömək edəcək sevimli vasitəçisini tapıb. Bu, Hindistanın Baş naziri Narendra Modidir.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.
“Ukrayna Prezidenti Vladimir Zelenski bazar ertəsi axşam Nyu Yorkda Modi ilə görüşdü. Liderlər və onları müşayiət edən şəxslər sülh sazişinin əldə olunması yollarını müzakirə ediblər. Adının açıqlanmasını istəməyən yüksək rütbəli Ukrayna rəsmisi təsdiqlədi ki, Hindistan Kiyevin sülh razılaşmasına nail olmaq üçün ən böyük ümididir. Kiyevlə yayda aparılan danışıqlar zamanı Modi açıq şəkildə bildirdi ki, Ukrayna istər-istəməz bəzi məsələlərdə güzəştə getməli olsa da, münaqişəyə son qoymaq üçün hər hansı təkliflər Ukrayna ərazisinin Rusiyaya verilməsini ehtiva etməməlidir”, - nəşr bildirib.
“Politiko” qeyd edib ki, Kiyevin nəzərində Modi qısa müddət ərzində böyük bir yol keçib:
“O, iyul ayında Moskvaya səfər edəndə və Rusiya Prezidenti Vladimir Putini mehribanlıqla qucaqlayanda Kiyevin reaksiyası sərt oldu. Zelenski qucaqlaşmanı böyük məyusluq və sülh səylərinə sarsıdıcı zərbə adlandırdı Çünki elə həmin gün Rusiyanın endirdiyi raket zərbələri ilə onlarla ukraynalı öldü.
Lakin o vaxtdan bəri Ukrayna getdikcə daha çox Hindistana - dünyanın ən sıx məskunlaşdığı və uzun müddətdir xarici münasibətlərində bloklara qoşulmamağı təbliğ edən ölkəyə Kremllə ideal vasitəçi kimi baxmağa başlayıb. Hindistan bu rolu oynamağa qadir olan yeganə qlobal oyunçu və ya özünü həm Moskva, həm də Kiyev qarşısında bitərəf kimi inandırıcı şəkildə təqdim edə bilən yeganə ölkə ola bilər”.
Nəşr digər ölkələrin Ukrayna-Rusiya münaqişəsi fonunda bitərəf mövqe tutmadıqlarını yazıb:
“Məsələn, İsveçrə və Avstriya Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində AB-nin yanında yer alıb. Vaşinqtonla Moskva arasında münasibətlər dərin dondurulmuş vəziyyətdədir. Səudiyyə Ərəbistanı kimi ölkələrin sülhməramlı rolunu oynamaq cəhdləri uğursuzluğa düçar oldu, Çin isə Moskvanın müharibə səylərinə fəal kömək etməkdə ittiham olundu və Zelenski məhz bu ay Braziliya hökumətini Rusiyanın tərəfini tutduğuna görə ittiham etdi”.
- Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından 4 il ötür
- Moskvada MDB liderlərinin qeyri-rəsmi naharı oldu
- İsrailin Bakı səfirliyindəki bayraq yarıya endirildi
- Vardanyanla bağlı Qərbin PR maşını işə düşdü
- Qərb buna görə Ermənistanı dəstəkləyir - Korotçenko
- Əliyevin erməni xalqı ilə bağlı siyasəti... - Şevçenko
- Prezidentin müavin təyin etdiyi İslamzadənin dosyesi
- İlham Əliyev Putinlə görüşəcək