Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu və proqnozunu açıqlayıb.
Rəsədxanadan BUTA.TV-a bildirilib ki, Günəş fəallığı azalıb. Günəşin səthində 9 ləkə qrupunda 154 ləkə müşahidə olunur. Həftə ərzində Yerə istiqamətlənmiş komponentə malik bir neçə tac kütlə atılması qeydə alınıb. Günəşin səthində tac dəliyi müşahidə olunmur.
Hazırda Günəş küləyinin sürəti saniyədə 440 kilometrdir. Geomaqnit sahəsi aktivdir.
Oktyabrın 6-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faizdir.
Yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə geomaqnit sahəsi bu gün aktiv olsa da, növbəti günlərdə kosmik havanın sakit olacağı, sentyabrın 29-da baş vermiş tac kütlə atılmalarının təsirinin isə oktyabrın 2-3-də Yerə təsiri gözlənilir.
- Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından 4 il ötür
- Moskvada MDB liderlərinin qeyri-rəsmi naharı oldu
- İsrailin Bakı səfirliyindəki bayraq yarıya endirildi
- Vardanyanla bağlı Qərbin PR maşını işə düşdü
- Qərb buna görə Ermənistanı dəstəkləyir - Korotçenko
- Əliyevin erməni xalqı ilə bağlı siyasəti... - Şevçenko
- Prezidentin müavin təyin etdiyi İslamzadənin dosyesi
- İlham Əliyev Putinlə görüşəcək