Fransa Prezidenti Emmanuel Makron HƏMAS tərəfindən 2023-cü ilin oktyabrın 7-də İsraildə törədilən qətliamın birinci ildönümü ilə bağlı paylaşım edib.
BUTA.TV xəbər verir ki, Makron X səhifəsində ibrani dilində yazdığı tvitində İsrail xalqına başsağlığı verib.
“Yeddi oktyabr. Bir il əvvəl olduğu kimi, ağrı hələ də buradadır. İsrail xalqının ağrısı. Bizim ağrımız. Yaralanmış insanlığın ağrısı. Biz ölənləri, oğurlananları, uzaqlarda olmaqdan və ya geri dönməyi gözləməkdən ürəyi qırılan ailələri unutmayacağıq”, - Makron bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Fransa Prezidenti Emmanuel Makron Qəzza zolağındakı münaqişənin həlli üçün İsrailə silah tədarükünün dayandırılmasının vacibliyini bildirmişdi. Makronun bu açıqlaması İsrail tərəfindən böyük narahatlıqla qarşılanmış, ölkə rəsmilərinin etirazlarına səbəb olmuşdu.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir