“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - Foto

22:08 - 28 Oktyabr 2024 - GÜNDƏM

 “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - Foto

Sərfəliliklə yanaşı, sosial layihələrə də böyük önəm verən “Nar” “Bütün Vücudlar Danışır” sosial-mədəni layihəsini dəstəkləyir.

BUTA.TV xəbər verir ki, “DanceAbility” Azərbaycan sosial müəssisəsi tərəfindən təşkil edilən bu layihə “Nar”ın dəstəyi ilə ESG (Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinə uyğun olaraq, inklüziv cəmiyyətin inkişafını təşviq edir. Bu təşəbbüslə “Nar” əlilliklə bağlı stereotipləri aradan qaldırır və inklüziv cəmiyyətin qurulmasına öz töhfəsini verir.

Bir il ərzində davam edəcək “Bütün Vücudlar Danışır” layihəsi 800-dən çox iştirakçıya xidmət göstərməyi planlaşdırır. Layihədə fərqli yaş qruplarından əlilliyi olan və olmayan şəxslər, qazilər, aztəminatlı ailələr və internat məktəblərinin şagirdləri iştirak edəcək. Layihənin əsas məqsədi, cəmiyyətin həssas və qeyri-həssas qruplarını bir araya gətirib onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, sosial bacarıqlarını inkişaf etdirmək və yeni dostluqlar yaratmaqdır.

Layihədə iştirak etmək istəyənlər bu linkə keçid edərək qeydiyyat formasını doldura bilərlər.

Bu xəbər hal-hazırda çox oxunur
Heydər Əliyev prospektində 6 avtomobil toqquşdu

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol