DİN-in Baş Dövlət Yol Polisi İdarəsi elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib.
BUTA.TV müraciətin mətnini təqdim edir:
"Yol infrastrukturunun qorunması, təhlükəsizlik və digər tələblərin təmin edilməsi məqsədilə, ümumi istifadədə olan avtomobil yollarında quraşdırılan elektron tərəzilərin bir qismi istifadəyə verilmişdir.
Qanunvericiliyə əsasən, artıq elektron tərəzilərin istifadəyə verildiyi yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla idarə edilməsinə görə tərtib olunan inzibati tənbeh vermə haqqında qərarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vahid Monitorinq Mərkəzinin məlumatı əsasında elektron qaydada çıxarılır.
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
Xatırladaq ki, inzibati qanunvericilikdə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə - təkrar törədilmə halları da daxil olmaqla, fiziki şəхslərin iki yüz manatdan min iki yüz manatadək, vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslərin isə dörd min manatdan yeddi min manatdək məbləğində cərimə edilməsi nəzərdə tutulub.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin nəzərdə tutulmuş normadan artıq yüklənməsinin, eləcə də icazə verilən qabarit parametrlərinə dair tələblər pozmaqla idarə edilməsinin yol örtüyünün vaxtından tez sıradan çıxmasına, yolun deformasiyaya uğraması nəticəsində qəza ehtimalının dəfələrlə artmasına, digər hərəkət iştirakçıları üçün real təhlükə yaratmasına səbəb olduğunu bir daha yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatırır və bu sahədə nəzarət tədbirlərinin daha da gücləndiriləcəyini bildirir".
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!