Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölkəmizdə 2024-cü ilin elan olunduğu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib.
BUTA.TV xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin kollektivinin iştirak etdiyi aksiya Abşeron rayonunda yerləşən “İzotop” xüsusi kombinatının ərazisində təşkil olunub.
Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.
Ağacəkmə aksiyasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən eldar şamı, çinar və zeytun ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.
- Lavrov Kim Çen İndən üzr istədi
- Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı
- Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq
- Bakı və Kiyev qaz təchizatını müzakirə etdi
- Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu
- Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...
- Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev
- TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv addım