Bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsini müşahidə edib, dərhal aidiyyəti üzrə məlumat verməklə ərazini nəzarətə götürüblər.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Qeyd olunub ki, hazırda DYP əməkdaşları aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görür, hərəkətin nizamlanmasını təmin edirlər.
- 16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video
- Bakıda milyonluq yol layihəsi su altında qaldı - Video
- Zərdabda su arxından meyit tapıldı
- Tünzalə Əliyevanın qardaşı vəfat etdi
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda doğum kəskin azaldı - Demoqrafik fəlakət?
- 64 yaşlı kişi Həkəridə batdı
- “AzerGold” heyəti Şəhidlər xiyabanını ziyarət etdi