Nə qədər ki, Rusiya-Ukrayna müharibəsi davam edir, Rusiyanın hava məkanı mülki təyyarələrin uçuşları üçün təhlükəsiz deyil. Müharibə başladıqdan dərhal sonra Ukrayna hava məkanını mülki təyyarələrin uçuşu üçün qapadıb, Kiyevdəki “Borispol” hava limanı çalışmır. Doğru qərardır. Çünki havada raketlər və dronlar uçuşur, mülki təyyarələrə dəyə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Rusiya Ukraynadan fərqli olaraq hava məkanını qapatmayıb:
“Halbuki Rusiya şəhərlərinə də raket və dron zərbələri endirilir. AZAL təyyarələri Moskva və Sankt-Peterburqla yanaşı, Rusiyanın digər şəhərlərinə də gündəlik uçuşlar həyata keçirirlər. Misal üçün Bakıdan Kazana təyyarələr uçur, halbuki Ukrayna Tatarıstan paytaxtına da raket və dron zərbələri endirir. Ukrayna Çeçenistana da hücumlar edir. Elə Xəzərin hava sahəsi də təhlükəsiz deyil. Burada Rusiya hərbi donanması ara-sıra Ukraynaya raketlər atır, Ukrayna isə Rusiyanın Xəzərdəki hərbi mövqelərini hədəf alır.
Fikrimcə, təhlükəli hallarda Rusiya şəhərlərinə uçuşların təxirə salınmasına ehtiyac yarana bilər”.
- Yarım ton yanacağı oğurlayıb öz maşınına tökdü, həbs edildi
- Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi
- Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər
- Lamiyəni bıçaqlayan keçmiş ərinə ağır cəza...
- Bütün bölgələrdə dayanacaqlar yenilənir - Milyonlar xərclənəcək
- "OBA" FMCG sektorunda ilkə imza atdı: Qaliblər bəlli oldu
- “Araz” “Xərçənglə Mübarizə Həftəsi” keçirib
- Məşhur polkovnik işdən çıxarıldı, yerinə o gətirildi