İrandan Azərbaycana qarşı növbəti anti-təbliğat hücumu gözləniləndir. Bunun səbəbləri – Suriyada məğlubiyyət, “müqavimət oxu”nun dağılması və Tehran rejiminin daha öncə də istifadə etməyə çalışdıqları “hədəf dəyişdirmə” taktikası – haqda yazmışdıq. Ərdəbildə Xameneinin “əyalət mollası” Amulinin rəhbərliyi ilə təşkil edilən son hadisə bunun anonsu hesab edilə bilər.
Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində dedikləri də əslində hadisələrin mümkün inkişafını qabaqlamaq gedişidir. Və həm daxili auditoriyaya, həm də İrana ünvanlanan açıq mesaj xarakteri daşıyır.
- İranın Qarabağ müharibəsi və sonrasında Azərbaycana qarşı düşmən hərəkətlərini detallı şəkildə açıqlamaqla ictimaiyyətə bu ölkənin gerçək simasını – məqsədini göstərir və cənubdan mümkün informasiya - xüsusilə dini müstəvidə - hücumlarını öncədən neytrallaşdırır;
- İrana “heç nəyi unutmadığımızı”, eyni siyasət – ritorika təkrarlanacağı təqdirdə, adekvat addımların atılacağının mesajını verir.
Bu, həm də İranın yeni hakimiyyətinə - Pezeşkiana real vəziyyəti çatdırmağa hesablanıb. Çünki İrandan Azərbaycana qarşı hücumları əsasən mühafizəkarlar – SEPAH qanadı təşkil edib. Əliyev səfirliyimizə qarşı terror aktının təşkil edildiyini və terrorçunun cəzalandırılmadığını vurğulamaqla, eləcə də “əyalət mollası” (Amuli) haqda dedikləri ilə yeni hakimiyyətə münasibətlərin perspektivinin haradan keçdiyini göstərir:
- Terror aktının arxasında İran isteblişmenti dayanır: terrorçu ilə bağlı verilən edam hökmü icra edilməlidir;
- Ərdəbildə təşkil edilən “təhqir şəbihi”nin təşkilatçı yenə İran siyasi-hərbi elitasıdır: Amuli cəzalandırılmalı və təhqir-təhdid siyasətinə son qoyulmalıdır.
Əks təqdirdə, İranla münasibətlərin perspektivi dumanlı olacaq. Və buna görə günahkar Bakı yox, Tehranın özü – onun seçimləridir.
Əliyev əslində İran ətrafında çəmbərin daraldığı vaxt Azərbaycanın şərtlərini diktə edir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu