Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın 14-15 yanvar tarixlərində Vaşinqtona işgüzar səfəri və burada Dövlət katibi Entoni Blinken və digər rəsmilərlə görüşü ilk baxışdan məntiqsiz görünür. Çünki bu görüşdən bir neçə gün sonra Entoni Blinkeni dövlət katibi postunda bir başqası əvəz edəcək. Yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra dövlət postları vəzifələrini yeni simalar tutacaq. Belə olan halda Ararat Mirzoyanın köhnələrlə görüş məqsədilə Vaşinqtona səfərinin mənası nədir?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bundan əvvəl ABŞ-ın Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalamağı planlaşdırdığı haqda məlumat yayılmışdı:
“Ancaq Dövlət Departamenti bu xəbəri təsdiq etməmişdi. Halbuki Ararat Mirzoyan sənədin müzakirəsi üçün görüşlər keçiriləcəyinə eyham vurmuşdu. Belə çıxır ki, ya Ararat Mirzoyan, ya da Dövlət Departamenti yalan danışır. Ancaq əgər Ararat Mirzoyan ABŞ-da hakimiyyət dəyişikliyinə bir neçə gün qalmış vəzifəsini itirəcək dövlət katibi ilə görüşürsə, demək, ortada nəsə var.
Rəsmi İrəvan Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyindən ehtiyat edir. Görünür, indidən Vaşinqtonla nəsə imzalamaq istəyirlər ki, Tramp administrasiyası Bayden dövründəki sazişə sadiq qalsın. Ancaq Tramp üçün keçmiş razılaşmaların və sazişlərin heç bir əhəmiyyəti yoxdur”.
- Rusiya helikopteri Azərbaycanda, AZAL təyyarəsi Aktauda...
- Lavrovdan Azərbaycan açıqlaması: Bakı ilə əlaqələr...
- AZAL təyyarəsinin qəzasından sui-istifadə... - Mixaylov
- Lavrovun “Bayramova məktub” yalanını kim və niyə yaydı?
- Paşinyanın məxfi planı üzə çıxdı: Bakı oyunu pozmalıdır
- Zərər 300 milyarda çatır: ABŞ-da iqtisadi böhran olacaq?
- Azərbaycan gəmilərinin hələ də buraxılmamasının səbəbi...
- Pilot təyyarəni Qroznıya icazəsiz endirə bilərdi: Nə baş verib?