Artıq 1987-ci ildən Xocalıda ermənilərin azərbaycanlılara münasibəti dəyişmişdi. Mitinqlər, nümayişlər keçirən ermənilər öz məqsədlərini bu yolla göstərirdilər. Bu hadisələri tətikləyən isə keçmiş Dağlıq Qarabağ MV-nin azərbaycanlılardan alınıb, ermənilərə verilməsi idi.
BUTA.TV xəbər verir ki, bu sözləri Xocalı sakini Nazim Hüseynov Axar TV-yə müsahibəsində deyib.
O, 1988-ci ilin sentyabrında Xankəndidə “dinc yürüş” adı ilə mitinq edən 1000 nəfərdən çox dəstənin Xocalıya hücum etdiyini xatırladıb:
“Həmin gün Xocalıda toy var idi. Mitinqçilər isə ov tüfəngləri, kəsici alətlər, soyuq silahlarla silahlanmışdılar. Bu hücum zamanı 8 ot tayası, 6 ev yandırıldı. Bunu görən Xocalı sakinləri ermənilərin zarafat etmədiyini, belə getsə şəhərin yandırılaraq viran ediləcəyini anladılar. Xocalının mərd-igid oğlanları sayəsində bu hücum dəf edildi, ermənilərdən xeyli sayda yaralananlar da oldu və şəhəri tərk etmək məcburiyyətində qaldılar.
25 dəqiqə keçmədi ki, həmin ərazidə Sovet qoşunları peyda oldu. 1988-ci ilin 18 sentyabrında komendant saatı elan olunmuşdu. Biz də düşünürdük ki, bu özbaşınalığın artıq qarşısı alınacaq”.
Sovet qoşunları ermənilərin Xocalıya hücumu zamanı mitinqi yatırmaq üçün əraziyə niyə gec gəldi? Ermənilər Xocalı qətliamını həyata keçirmək üçün bundan sonra hansı ssenari üzrə addımlamağa başlayır? Xocalı aeroportunu kimlər, necə qoruyurdu? Faciədə öldürülənlər kimlər idi? Cəsədləri götürmək üçün gedən dəstə niyə tərk-silah edildi? Qətliamın kadrlarının çəkilməməsi üçün hansı təxribata əl atıldı?
Ətraflı Axar TV-nin süjetində:
- Biləsuvar gömrüyündə nə baş verir? - Video
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır