Bakının Nəsimi rayonunda yerləşən qəzalı yaşayış binaları söküləcək.
BUTA.TV Bakı.vs-yə istinadən xəbər verir ki, söhbət Mirəli Qaşqay küçəsi 34 ünvanında yerləşən, 1-2 mərtəbəli və 50-dən artıq ailənin məskunlaşdığı köhnə tikililərdən gedir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və binaların mövcud vəziyyəti qiymətləndirilib. Mənzillərin ölçülərini dəqiqləşdirərək texniki sənədləşmə işlərinə başlayıblar.
İlkin planlara əsasən, söküləcək ərazidə yaşıllıq zonası və parkın yaradılması nəzərdə tutulur. Layihənin detalları hələlik açıqlanmasa da, söküntü işlərinin cari ilin aprel ayından etibarən başlanacağı bildirilir.
Qeyd edək ki, söküntü ilə bağlı sakinlərlə danışıq aparılsa da, onlara ödəniləcək kompensasiya məbləği barədə məlumat verilməyib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, kompensasiya mexanizmi üzrə hazırda iki əsas yanaşma mövcuddur:
"Birinci variantda müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş vahid qiymət tətbiq olunur. Məsələn, Yasamal rayonu üzrə artıq bir sıra hallarda kvadratmetr üçün 2700 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. İkinci yanaşmada isə açıq müsabiqə yolu ilə seçilmiş müstəqil qiymətləndirici şirkətlər satınalma prosesi çərçivəsində əmlakın bazar dəyərini müəyyən edirlər.
Vacib məqam ondan ibarətdir ki, vahid kompensasiya məbləği mövcud deyil. Hər rayonun, hətta eyni rayon daxilində hər məhəllənin bazar dəyəri fərqlidir. Bu səbəbdən kompensasiya məbləği ərazinin real bazar qiymətinə uyğun hesablanmalıdır. Bizim təklifimiz ondan ibarətdir ki, kompensasiya sökülən binanın deyil, həmin binanın yerləşdiyi ərazidən bir kilometr radiusda olan yeni tikililərdə bir kvadratmetrin orta bazar dəyəri əsasında müəyyən edilsin".
- Qələbədən sonra duyğusal qucaqlaşma... - Video
- Argentina futbolçuları meydanda siyasi pankart açdı - Fotolar
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- İnternetdə nasazlıq yarandı - 41 nəfərin imtahanı yarımçıq qaldı
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq