Fevralın 11-i axşam saatlarından başlayaraq yağıntıların intensivliyinin azalacağı proqnozlaşdırılır. Fevralın 12-də isə həm Bakıda və Abşeron yarımadasında, həm də regionlarda havanın nisbətən mülayimləşəcəyi və əksər ərazilərdə yağıntısız keçəcəyi ehtimal olunur.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Gülşad Məmmədova məlumat verib.
Qurum rəsmisi qeyd edib ki, sabah gündüz saatlarında paytaxtda və Abşeron yarımadasında fasilələrlə yağışlı hava şəraiti hökm sürəcək:
“Güclü şimal-qərb küləyinin mülayim cənub-qərb küləyinə keçəcəyi gözlənilir. Havanın ən yüksək temperaturu 2-5 dərəcə isti təşkil edəcək. Rayonlarda da yağıntılı hava sabah davam edəcək. Bəzi bölgələrə qar yağması, ayrı-ayrı yerlərdə isə yağıntıların daha intensiv xarakter alması gözlənilir”.
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
Gülşad Məmmədova əlavə edib ki, fevralın 10-dan 12-dək davam edən yağıntılı və şaxtalı hava səbəbindən, xüsusilə dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması təhlükəsi mövcuddur.
Xatırladaq ki, hazırda respublika ərazisində hava şəraiti yağıntılı və küləkli keçir. Bir çox yerlərdə yağış, bəzi regionlarda isə qar müşahidə edilir. Qarın hündürlüyü Şahbuzda 37 sm, Qaxda 25 sm, digər rayonların əksəriyyətində isə 6 santimetrə qədərdir. Bəzi bölgələrdə güclü şimal-qərb küləyi əsir. Küləyin sürəti Bakıda və Abşeronda saniyədə 25 metrə, Şahdağ və Neftçalada 20 metrə, Daşkəsən və Naftalanda isə 18 metrə qədər çatıb.
- Zəyəmçay özü ilə zir-zibil gətirir... - Bu görüntülər gündəm oldu
- Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
- "28 May"dan "Dərnəgül"ə doğru sonuncu qatar...
- Nazirlikdən küləkli havada çimərliyə gedənlərə xəbərdarlıq
- Ermənistana 8 vaqon buğda göndərildi
- Bakıda mağaza uçdu: qadın dağıntılar altında qaldı - Video
- Evdən 21 yaşlı qızın meyiti tapıldı
- “28 May”da vəziyyət necədir? - Fotosessiya