Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində, Ağsu aşırımında, eləcə də Muğanlı–İsmayıllı yolunda qatı duman müşahidə olunur.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, iki saatdan artıqdır davam edən sıx duman səbəbindən avtomobillərin hərəkətində çətinlik yaranıb. Hazırda paytaxtdan şimal-qərb və Aran rayonlarına, eləcə də əks istiqamətdə hərəkət edən sürücülər üçün görmə məsafəsi xeyli azalıb. Bu səbəbdən nəqliyyat vasitələrinin sürəti saatda 40 kilometrdən yuxarı olmur.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, mövcud hava şəraiti ilə əlaqədar ərazidə yol-patrul xidməti əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır, hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.
- Gəncədə ana 40 günlük körpəsindən imtina etdi
- İtkin şəhidimizin nəşi 34 il sonra tapıldı
- Bu şagirdlər imtahanı yeni formatda verəcəklər
- Qatı duman Bakı–Şamaxı yolunu bürüdü - Video
- Tanınmış həkimə vəzifə verildi
- Azər Mursaqulov kollektivə təqdim edildi
- Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı