Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinatlar olub.
BUTA.TV Unikal-a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Agentliyin Təhlil və strateji planlaşdırma departamentinin Strateji planlaşdırma şöbəsinə Günel Həsənzadə müdir təyin edilib.
Həmçinin, İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinə Gülnarə Cəfərli, Sənədlərlə iş və vətəndaş qəbulu departamentinin Sənədlərlə iş şöbəsinə Orxan Şıxəliyev və İnzibati departamentin Satınalma şöbəsinə Camal Nəhmətov müdir təyin olunublar.
Eyni zamanda, Beynəlxalq əlaqələr və layihələr departamentinin Tədbirlərin təşkili şöbəsinin müdiri Röyal Lətifli işdən çıxarılıb.
- Məhkəmədən Mirədalət Talışxanov barəsində qərar...
- Pensiyalar yeni artımla nə vaxt ödənəcək? - Rəsmi
- AzerGold QSC-nin təsis edilməsindən 11 il ötür
- Dövlət Məşğulluq Agentliyində yeni təyinatlar
- Bakı və Əbu-Dabi qardaşlaşdı - Foto
- Nəriman yeni klubunda nə qədər qazanacaq?
- Qardaşı oğlunu çəkiclə öldürən şəxsə hökm oxundu
- Sabah hava necə olacaq?