İranın xarici işlər naziri Abbas Arakçının 24-25 mart tarixlərində Ermənistana səfəri məhsuldar olub. O, erməni həmkarı Ararat Mirzoyanla geniş fikir mübadiləsi aparıb, ayrıca Baş nazir Nikol Paşinyanla görüşüb və ona İran Prezidenti Məsud Pezeşkianın salamını çatdırıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Abbas Arakçı Tehranın “ənənəvi” açıqlamalarını İrəvanda təkrarlayıb:
“İranlı diplomat bölgədəki sərhədlərin toxunulmazlığını vurğulayıb. Tehran yenə ünvanı səhv salıb: Azərbaycan torpaqları işğal altında olarkən, İran rəsmilərinin İrəvana səfərləri zamanı “sərhədlər toxunulmazdır” ifadələrini xatırlamıram. Çünki o zaman erməni rəsmiləri bunu Tehranın Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi anlaya bilərdirlər. İran rəsmiləri isə erməni həmkarlarını narahat etməmək üçün sərhədlərin toxunulmazlığı barədə açılama vermirdilər, həm də o vaxt keçmiş Dağlıq Qarabağın Ermənistanın işğalı altında olması Tehranı zərrə qədər də narahat etmirdi.
Kriştianu Ronaldu Lionel Messini qabaqladı - Argentinalı ilk üçlükdən kənarda qaldı
Baş nazir Nikol Paşinyan iranlı diplomatla görüşdə Ermənistanın sülh gündəliyinin həyata keçirilməsinə sadiq olduğunu deyib. Arakçı bu yanaşmaya İranın dəstəyini ifadə edib. “İran Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsi bağlamağa çağırır” – bu da Akarçının İrəvanda verdiyi bir başqa açıqlamadır. Nə əcəbsə, İranı təmsil edən şəxs bu dəfə “Zəngəzur dəhlizinin əleyhinəyik” tipli açıqlama verməyib. Görünür, artıq buna ehtiyac yoxdur. Çünki Nikol Paşinyanın özü dəhlizin əleyhinə olduğuna görə Tehranın baş nazirin bu siyasətindən narahatlığı azalıb. Digər tərəfdən İran ərazisindən Naxçıvana nəqliyyat dəhlizi olacaq. Bu dəhliz işə düşərsə, Zəngəzur dəhlizinin əhəmiyyəti azalacaq.
Əslində, Tehran bununla İrəvana pislik edir. Çünki Paşinyan Zəngəzur dəhlizinə razılaşsaydı, Ermənistan Orta dəhlizin tərkib hissəsi olacaqdı, belə də isə İran Ermənistanı qabaqlayacaq.
Abbas Arakçı üçün İrəvanda başqa bir önəmli hadisə də baş verib. Ermənistan Xarici İşlər Nazirliyi Arakçının “Danışıqların gücü” kitabını erməni dilinə çevirərək iranlı diplomatın iştirakı ilə təqdimatını keçirib. Kitabın adı Tehranın siyasətinə uyğun gəlmir. Tehranın gücü danışıqlarda olsaydı, bu qədər dövlətlə münasibətlərdə gərginlik içində olmazdı. İranın gücü danışıqlarda deyil, qonşu dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərində, müxtəlif silahlı qrupları dəstəkləməkdədir”.
- "Braziliya çayxanalarından komandalarımıza futbolçu yığırlar" - Deputat ƏSƏBİLƏŞDİ
- Türk bloger Bakıdan İrəvana getdi və “Qarabağ” oxudu - VİDEO
- Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin İLGİNC TƏFƏRRÜATI
- Rusiya dünyada hansı sahələrdə birincidir? - Şok statistika
- Fidanla Rubionun görüşü öncəsi Paşinyanın zənginin səbəbi
- “Hər şey çox gözəl olacaq” deyən də saxlanıldı - VİDEO
- 13 yaşlı qızdan uşağı olan şəxsin azadlığa çıxması müzakirələrə səbəb oldu
- Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya gətirildi