Kuklanı prezident kürsüsünə oturdub, Azərbaycanı idarə etmək...

12:43 - 10 Aprel 2025 - GÜNDƏM

 Kuklanı prezident kürsüsünə oturdub, Azərbaycanı idarə etmək...

Azərbaycanın dövlət başçısı, Prezident İlham Əliyev seçkilərə müdaxilə texnologiyaları ilə bağlı sualı cavablandırıb.

BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev bunu ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Prezident əlavə edib:

"Əslində, əvvəlki illərdə seçkilərimizə müdaxilə, necə deyərlər, texnoloji proseslə edilmirdi. Amma müxtəlif çox sadə alətlər vasitəsilə edilirdi. Birincisi, Qərbin qeyri-hökumət təşkilatlarının Azərbaycana göndərdiyi pullar idi. İkincisi, Qərb mediasında antiazərbaycan təbliğatı, Prezident Trampın saxta xəbərlər mənbəyi adlandırdığı “Vaşinqton Post”, “Nyu York Tayms” kimi nəşrləri, təbii ki, Fransanın hökumətyönlü “Figaro” və “Le Monde” kimi saxta mediaları elə bir ab-hava yaratmaq istəyirdilər ki, guya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur, müxalifət mələkdir, hakimiyyət isə şeytandır. Beləliklə, çox sadə idi. Bir az sadəlövh olduğumuz vaxtlarda hətta ağlımıza gətirə bilməzdik ki, üzümüzə gülənlər bizə arxadan zərbə vurmaq istəyirlər. Həmin vaxtda biz faktiki olaraq bu maliyyə vəsaitlərinin axınına tam nəzarət etmirdik. Bu səbəbdən, Milli Demokratiya İnstitutu kimi bədnam qurumların, əslində, burada hökuməti devirmək planı hazırlamasının səbəbi də bu idi. Bunu aşkar etdik. Beləliklə, biz bank hesabından bir milyon ABŞ dollarından çox vəsait nağdlaşdırıldığını aşkar etdik. Sonra biz o pulun bir hissəsi ilə müxalifətyönlü fəalların kirayələdikləri mənzillərində “Molotov kokteylləri”ni və hökumət binalarına, polislərə necə hücum etmək təlimatlarını tapdıq".

2005-ci ildə Azərbaycandakı narıncı inqilab cəhdlərinin ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunduğunu bildirən İlham Əliyev indi bunun üçün bir şəraitin olmadığını vurğulayıb:

"İndi bunu etmək daha çətindir. Çünki birincisi, biz maliyyə sisteminə tam nəzarət edirik. İkincisi, yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün qrant adlanan vəsaitlər indi qeydiyyatdan keçməlidir. Burada pul qaçaqmalçılığı çox çətindir. Amma təəssüf ki, bəzi Qərb təşkilatları hələ çox “yaradıcıdırlar”. Beləliklə, onlar müxtəlif kuryerlər vasitəsilə buraya pul daşımağın yeni yollarını tapıblar. Onlar bu pulu, əsasən, Gürcüstan vasitəsilə gətirirdilər. Gürcüstan deyəndə, pulun Gürcüstan tərəfindən ayrıldığını söyləmək istəmirəm. Bu, Gürcüstanda hələ də fəaliyyət göstərən Qərb qeyri-hökumət təşkilatlarındandır - xaricilərin nəzarətində olan Gürcüstan bankları vasitəsilə. Adsız kredit kartları və nağd pullar vəziyyətin sabitliyini pozmaq üçün buraya gətirilir. Amma bunun izinə düşəndə, hüquq-mühafizə orqanlarımız həmin pul qaçaqmalçılarını məsuliyyətə cəlb edəndə bizi ittiham etməyə başlayırlar ki, guya biz bəzi qeyri-demokratik işlər görürük. Azərbaycanda vəziyyət belə idi. Ümidvaram ki, bu bitəcək, çünki tamamilə faydasızdır, mənası yoxdur. Kimin kim olduğunu hamı bilir. Amma buna baxmayaraq, bizdə zəmanət yoxdur ki, onlar bir gün yenə də bir kukla gətirib prezident kürsüsünə otuzdurmaq, sonra da yenidən Azərbaycanı istədikləri kimi idarə etmək fikrinə düşməyəcəklər".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol