Prezident Əliyevin Türkiyə-İsrail gərginliyi və Azərbaycanın vasitəçilik addımları haqda dedikləri iki faktı ortaya çıxarır.
Birincisi, Ankara-Təl-Əviv arasında iki il öncə müşahidə edilən normallaşmada Bakının vasitəçilik səyləri mühüm paya sahib olub.
İkincisi, Azərbaycan hazırda Türkiyə və İsrail dialoqunun yenidən qurulması istiqamətində işləyir.
Bu prosesin ötən ilin dekabrından aktiv mərhələyə keçdiyi müşahidə edilirdi. Prezidentin köməkçisi Hikmət Hacıyevin Təl-Əviv-Ankara xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı, lakin rəsmi Bakı ilk uğurlu nəticədə olduğu kimi, ikinci cəhddə də məsələni ictimaiyyətləşdirməyib.
İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
Əliyevin indi bunu ictimaiyyətləşdirməsini Azərbaycanın müttəfiqi və dostu arasında qarşıdurmada maraqlı olmadığını elan etməklə yanaşı, həm də Vaşinqtona mesaj kimi dəyərləndirmək olar.
Netanyahunun ABŞ səfərinin gündəliyinə İranın nüvə proqramı ilə yanaşı, Suriya üzərindən Türkiyə-İsrail mümkün toqquşması da daxil idi və Təl-Əviv Vaşinqtondan Ankaraya qarşı dəstək istəyirdi. Tramp isə Ərdoğanı tərifləməklə bu qarşıdurmanı istəmədiyinin mesajını verdi, Türkiyə və İsraili anlaşmaya dəvət etdi. Vaşinqton tərəflər arasında vasitəçilik etməyə çalışacaq, lakin hər iki tərəfin ABŞ-dan gözləntiləri fonunda nəticə əldə etməsi mübahisəlidir. Əliyev Türkiyə-İsrail qarşıdurmasında Azərbaycanın müsbət nəticə əldə etdiyini və hazırda vasitəçilik missiyasını davam etdirdiyi faktını təqdim etməklə, Tramp administrasiyasına Bakının təcrübəsindən yararlana biləcəyi mesajını verir.
Mövcud vəziyyətdə - Suriyada toqquşma, Qəzzada baş verənlər fonunda Ankara-Təl-Əviv xəttində dialoq əldə etmək əvvəlki dövrlə müqayisədə mürəkkəb görünür. Hərçənd, İran faktoru Türkiyə-İsrail dialoqunun qurulması, gərginliyin ən azı müəyyən müddətə təxirə salınması perspektivini önə çıxarır.
İrana fokuslanan Tramp administrasiyası regionda iki müttəfiqinin -Türkiyə və İsrailin toqquşmasını istəmir;
İranın açıq hədəfə çevrilməsinə nail olan İsrail ABŞ-ın istəyi ilə Suriyada Türkiyəyə qarşı fəaliyyətini dayandıra, ən azı səngidə bilər.
Azərbaycan isə Türkiyə ilə İsrail arasında ABŞ-ın dəstəklədiyi dialoq mühitinin yaradılmasının praktiki işini – təmasların qurulması, diplomatik trafikin sıxlaşdırılması, danışıqlara ev sahibliyi etməsi və s. həyata keçirə bilər. Situasiyanın mürəkkəbliyinə rəğmən, Bakının Ankara-Təl-Əviv xəttində vasitəçilik səylərinin nəticə hasil etməsi heç də mümkünsüz görünmür.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?