ABŞ-ın "Kolambus Kru" klubu "Qarabağ"ın futbolçusu Nəriman Axundzadəni transfer edib.
BUTA.TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nəriman Axundzadə ilə bağlı MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub.
Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.
Qeyd edək ki, "Kolumbus Kru" klubu Nərimanla "U22 Initiative" proqramı çərçivəsində müqavilə imzalayacaq.
"U22 Initiative" proqramı çərçivəsində olan futbolçular klublar tərəfindən azaldılmış büdcə xərci ilə transfer edilə bilər. Bu halda oyunçunun maaşı və transfer haqqı klubun maaş limitinə daha aşağı məbləğlə daxil edilir ki, bu da gənc futbolçuların heyətə cəlb olunmasını asanlaşdırır.
Xatırladaq ki, 2021-ci ildən "Qarabağ"da çıxış edən Nəriman Axundzadə bu illər ərzində komandada 35 qol vurub və 17 məhsuldar ötürmə edib. 2023-cü ildən etibarən Azərbaycan yığmasında çıxış edən hücumçu milli komandada fərqlənə bilməyib.
- Türkan Gündüzü qətlə yetirən ərinə hökm oxundu
- Xəzərin sahilində quş cəsədləri aşkarlandı - Video
- Ağamalının xanımı: Müayinə üçün getmişdi, dünyasını dəyişdi
- Bakıda restoranı yandıran daha bir şəxs saxlanıldı
- Azərbaycanda şiferlər qadağan edilir
- Azərişıq ASC-nin yaranmasının 11 ili tamam olur
- Sabah Bakıya qar yağacaq
- Tərtərdə ağır qəza: ölən var - Foto