Bəzi çörək növlərinin qiyməti artıb.
BUTA.TV Bizim.media-ya istinadla xəbər verir ki, qiymət artımı əsasən “baton” çörəklərində qeydə alınıb. Belə ki, əvvəllər doğranmış “baton” çörəkləri 1 manata satılırdısa, hazırda 1 manat 10 qəpiyə təklif olunur. Qiymət artımı supermarketlərdə hazırlanan çörək növlərində də qeydə alınıb. Bir sözlə “zavod çörəyi”ndən başqa digər çörək növlərində bu və digər şəkildə bahalaşma var.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, son vaxtlar zavod çörəyindən başqa çörək növlərinin bahalaşmasının əsas səbəbi istehsal xərclərinin artmasıdır:
“Çeşidli çörəklər adətən özəl sexlərdə və kiçik istehsalçılar tərəfindən hazırlanır və onlar un, maya, yağ, elektrik enerjisi, qaz, işçi haqqı və nəqliyyat xərclərindəki artımı daha tez hiss edirlər.
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
Xüsusilə, unun və digər xammalın qiymətinin bahalaşması bu çörəklərin maya dəyərini yüksəldib.
Zavod çörəyinin qiyməti isə dövlət nəzarətində saxlanıldığı üçün uzun müddət dəyişmir və istehsalçılar subsidiyalar və ya daxili balans hesabına qiyməti sabit tutmağa çalışırlar. Digər çörək növləri bu mexanizmə daxil olmadığından bazar şərtlərinə uyğun olaraq qiymət artırmaq məcburiyyətində qalırlar. Nəticədə, xərclər artdıqca bu çörəklərin qiyməti də 20–30 qəpik civarında yüksəlir”.
- Zəyəmçay özü ilə zir-zibil gətirir... - Bu görüntülər gündəm oldu
- Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
- "28 May"dan "Dərnəgül"ə doğru sonuncu qatar...
- Nazirlikdən küləkli havada çimərliyə gedənlərə xəbərdarlıq
- Ermənistana 8 vaqon buğda göndərildi
- Bakıda mağaza uçdu: qadın dağıntılar altında qaldı - Video
- Evdən 21 yaşlı qızın meyiti tapıldı
- “28 May”da vəziyyət necədir? - Fotosessiya