Səbuhi Qurbanov Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor vəzifəsinə təyin olunub.
BUTA.TV “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yeni təyin edilən S.Qurbanov kollektivə təqdim olunub.
Səbuhi Qurbanov bakalavr təhsilini Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə alıb.
O, əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. Daha sonra həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli tam orta məktəbdə direktor vəzifələrində çalışıb, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi kimi fəaliyyət göstərib.
Səbuhi Qurbanov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Qeyd edək ki, Səbuhi Qurbanov 2025-ci ildən son təyinatadək Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Samuxda 9 nəfərdə qarayara aşkarlandı - Rəsmi
- Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - Rəsmi açıqlama
- Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq
- Elman Paşayevin 5 milyonluq “Rənc Rover”i hərracda...
- Valideynlikdən imtina edib aliment ödəmək istəmədi - Bu qərar verildi
- “Dərnəgül” deposunun ikinci tikinti mərhələsi yekunlaşdı
- Sabah hava necə olacaq?