Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 13-də ölkənin bir sıra rayonlarında 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
“Azərişıq” ASC-dən BUTA.TV-a bildirilib ki, Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Yuxarı Zeynəddin kəndi və şəhər ərazisində yerləşən Səməd Vurğun, Arif Heydərov, Ağalı, Fariz Səfərov, Müşfiq İsayev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Göyçay EŞ-nin xidməti ərazisində yerləşən şəhərin Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrində saat 10:00-dan 15:00-dək enerjinin verilişi dayandırılacaq.
Planlı fasilə saat 10:00-dan 16:00-dək Yevlaxın Aşağı Bucaq, Ərəş, Xaldan, Qaraoğlan, Qəribli, Quşçu, Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
- Bu gün bu rayonlarda işıq olmayacaq
- PSJ Superkuboku da qazandı - Video-Yenilənib
- Qəzada həlak olan AAYDA əməkdaşının - Fotosu
- Xaçmazda divarlara bu yazıları yazanlar saxlanıldılar
- Əkrəm İmamoğlu CHP-dən istefa verdi
- Bakıda sərnişin avtobusu yandı - Video-Yenilənib
- Bayıl və Badamdar sakinlərinin diqqətinə!
- AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar