Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın oldu

09:21 - 13 Avqust 2026 - GÜNDƏM

 Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın oldu

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 360kv.m. olan obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində obyektin tavanı, içərisində sarj avadanlıqları, 4 ədəd velosiped, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 38kv.m. olan ikiotaqlı mənzilin döşəməsi 12kv.m sahədə və ümumi sahəsi 75kv.m. olan digər ikiotaqlı mənzilin döşəməsi 9kv.m. sahədə yanıb.

Obyektin və və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol