Bakıda mağazada başlayan yanğın evlərə keçib.
“BUTA.TV” “Reporta istinadən xəbər verir ki, hadisə 28 May küçəsində qeydə alınıb.
Belə ki, obyektə qeydə alınan alov qısa müddət sonra ətrafdakı evlərə keçib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.
“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
Digər mənzillərdə yaşayan sakinlər təxliyə edilib. Yanğın qısa müddətdə söndürülüb, bir nəfər sakin tüstüdən zəhərlənib. Hadisənin başvermə səbəbləri araşdırılır.
***
FHN-in məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində obyektdə yanğın baş verib.
Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 360 kv.m. olan obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin tavanı, içərisində sarj avadanlıqları, 4 ədəd velosiped, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 38 kv.m. olan ikiotaqlı mənzilin döşəməsi 12 kv.m sahədə və ümumi sahəsi 75 kv.m. olan digər ikiotaqlı mənzilin döşəməsi 9 kv.m. sahədə yanıb.
Obyektin və və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.








- İmişlidə yanğın törədən şəxs saxlanıldı
- Yevlaxda ağır qəza: 2 nəfər öldü
- Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz
- Elnur Məmmədova ağır itki
- Samuxda kütləvi zəhərlənmə...
- Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın oldu
- Qardaşına görə mübahisəyə qoşuldu, kürəyindən bıçaqlandı
- Elnur Məmmədovun ailəsində - Ağır itki